İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Turizm üzrə ali təhsil müddəti 4 ildən 3 ilə endirilə bilər

Milli Məclisdə turizm üzrə ali təhsil ocaqlarında təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi ilə bağlı təklif irəli sürülüb. Leqal Xəbər Report-a istinad edərək məlumat verir ki, bu barədə deputat, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Milli

10 baxış 3 dəq

Milli Məclisdə turizm üzrə ali təhsil ocaqlarında təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi ilə bağlı təklif irəli sürülüb.

Leqal Xəbər Report-a istinad edərək məlumat verir ki, bu barədə deputat, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda turizm yönümlü ali təhsil müddətinin optimallaşdırılması mühüm əhəmiyyət kəsb edir: "Ölkədə turizm sektoru sürətlə inkişaf edir və ildən-ilə turistlərin artması bu sahədə ixtisaslı kadrlara tələbatı artırır. Odur ki, turizm üzrə ali təhsil ocaqlarında təhsil müddəti 3 ilə endirilməsini təklif edirəm. Bu yanaşma gənclərin əmək bazarına daha tez inteqrasiya olunmasına və xidmət sektorunun ixtisaslı kadrlarla operativ təmin edilməsinə geniş imkan açacaq".

Deputatın digər təklifinə görə, Bakının Yasamal rayonunda avtobus marşrutlarının sayı artırılmalıdır: "Yasamal əhali sıxlığına, həmçinin tələbə axınına görə paytaxtın ən dinamik rayonlarından biridir. Ali təhsil müəssələrinin əksəriyyətinin "Elmlər Akademiyası" metro stansiyası ətrafında cəmləşməsi bu ərazidə dərs saatlarında ciddi sərnişin sıxlığına səbəb olur. Bu baxımdan ərazidə avtobus marşrutlarının artırılması və ictimai nəqliyyat şəbəkəsinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinə ehtiyac var".

Xəbəri paylaş Dostlarınıza göndərin