İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Turalizm23 Tural Qəmbərovun yeni şeiri TikTok-da gündəm oldu

Turalizm Tural Qəmbərov son paylaşdığı yeni şeiri ilə yenidən sosial şəbəkələrdə gündəmə gəlib. Turalın TikTok platformasında yayımladığı şeir qısa müddət ərzində böyük maraq görərək bir gün ərzində 6 milyondan çox baxış toplayıb. Paylaşımın sürətlə yayılması nəticəsində şeir sosial şəbəkə

33 baxış 3 dəq

Turalizm Tural Qəmbərov son paylaşdığı yeni şeiri ilə yenidən sosial şəbəkələrdə gündəmə gəlib. Turalın TikTok platformasında yayımladığı şeir qısa müddət ərzində böyük maraq görərək bir gün ərzində 6 milyondan çox baxış toplayıb. Paylaşımın sürətlə yayılması nəticəsində şeir sosial şəbəkə istifadəçilərinin, xüsusilə də gənclərin diqqətini çəkib və bir çox insanın WhatsApp statusuna çevrilib.

Son dövrlərdə şeirlərin yayılma formasında da ciddi dəyişiklik müşahidə olunur. Əvvəllər insanlar yeni şeirləri daha çox kitab və müxtəlif ədəbi mənbələrdən oxuyub dinləyirdilərsə, bu gün TikTok kimi platformalar şeirlərin milyonlarla insana daha qısa zamanda çatmasına imkan yaradır. Tural Qəmbərovun son uğuru da bunun nümunələrindən biri kimi diqqət çəkir.

TikTok-un sürətlə inkişaf etməsi gənc yaradıcıların öz auditoriyasını formalaşdırmasına və yaradıcılıqlarını geniş kütləyə təqdim etməsinə yeni imkanlar yaradıb. Turalizm də bu platformada öz üslubu ilə seçilən gənc simalardan biri kimi diqqət çəkir.

Turalın son zamanlar paylaşdığı şeirlərin bir çoxunun trendə çevrilməsi onun auditoriya ilə düzgün kommunikasiya qurduğunu göstərir. Xüsusilə gənclər və yeni sevgi hisslərini yaşayan izləyicilər arasında onun şeirlərinə maraq böyükdür. Sadə, emosional və gündəlik həyatdakı hisslərə toxunan ifadələr Turalın paylaşımlarının daha geniş auditoriyaya çatmasına səbəb olur.

Tural Qəmbərovun 6 milyonluq baxış göstəricisi onun TikTok-da formalaşdırdığı auditoriyanın gücünü bir daha ortaya qoyur. Şeirin WhatsApp statuslarında paylaşılması isə kontentin yalnız TikTok daxilində deyil, digər sosial platformalarda da yayıldığını göstərir. Turalizm adı ilə tanınan Tural Qəmbərov üçün bu göstərici son dövrün ən diqqətçəkən uğurlarından biri hesab olunur.


Xəbəri paylaş Dostlarınıza göndərin