Legal Xəbər məlumat verir ki, aparıcı Tural Əsədov yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnib. O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək tətbiq olunan cəriməyə etirazını bildirib.
Aparıcının sözlərinə görə, avtomobilinin yol nişanlanma xəttinin üzərinə çıxmasına görə ona cərimə yazılıb. O, məsələnin məbləğdən deyil, prinsipdən qaynaqlandığını vurğulayaraq bununla bağlı sual ünvanlayıb.
Tural Əsədov paylaşımında bildirib ki, söhbət cərimənin məbləğindən deyil, avtomobilin cəmi bir neçə santimetr xəttin üzərinə çıxmasından gedir. O, “Maşını xətkeşlə sürmək lazımdır?” ifadəsi ilə vəziyyətə münasibətini bildirib.