İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Tərtərin bombalanmasından 6 il ötür

44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərini artilleriya atəşinə tutmasından 6 il ötür. Leqal Xəbər məlumat ki, 2020-ci il noyabrın 10-da, gecə saatlarında Ermənistan silahlı qüvvələri Tərtər şəhərini müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriya

10 baxış 3 dəq

44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərini artilleriya atəşinə tutmasından 6 il ötür.

Leqal Xəbər məlumat ki, 2020-ci il noyabrın 10-da, gecə saatlarında Ermənistan silahlı qüvvələri Tərtər şəhərini müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriya atəşinə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 10-da saat 00:20-də Tərtər şəhəri artilleriya atəşinə məruz qalıb. Hücum nəticəsində bir mülki şəxs xəsarət alıb.

Baş Prokurorluğun həmin gün yaydığı məlumatda da Tərtər rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriya atəşinə tutulduğu bildirilib. Mərmilərdən birinin şəhər ərazisinə düşməsi nəticəsində 1965-ci il təvəllüdlü Sabir Məhər oğlu Məmmədov yaralanıb.

Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, hücum üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılmasının elan edildiyi gün baş verib. Bəyanata əsasən, 2020-ci il noyabrın 10-da saat 00:00-dan etibarən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması nəzərdə tutulurdu.

Qeyd edək ki, Tərtər Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin intensiv artilleriya və raket hücumlarına məruz qalan rayonlardan biri olub. Rayonun yaşayış məntəqələrində mülki evlərə, sosial obyektlərə və infrastruktura ciddi ziyan dəyib.

Tərtər sakinləri müharibənin ən ağır günlərində belə doğma yurdlarını tərk etməyərək çətinliklərə sinə gəriblər.

Noyabrın 10-da baş verən hücum da 44 günlük Vətən müharibəsi zamanı Tərtər əhalisinin üzləşdiyi ağır sınaqların unudulmayan səhifələrindən biri kimi tarixdə qalıb.

Xəbəri paylaş Dostlarınıza göndərin