İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Trilyon dollarlıq hərbi büdcə təsdiqləndi

ABŞ Konqresinin Nümayəndələr Palatası 2027-ci il üçün ölkənin hərbi ehtiyaclarının maliyyələşdirilməsini nəzərdə tutan 1.15 trilyon dollarlıq qanun layihəsini təsdiqləyib. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, qanun layihəsinin lehinə 216 konqresmen səs verib, 212

8 baxış 3 dəq

ABŞ Konqresinin Nümayəndələr Palatası 2027-ci il üçün ölkənin hərbi ehtiyaclarının maliyyələşdirilməsini nəzərdə tutan 1.15 trilyon dollarlıq qanun layihəsini təsdiqləyib.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, qanun layihəsinin lehinə 216 konqresmen səs verib, 212 nəfər isə sənədin əleyhinə çıxıb.

Sənəd növbəti mərhələdə baxılması üçün ABŞ Konqresinin Senatına göndəriləcək. Senatda da qəbul ediləcəyi təqdirdə qanun layihəsi imzalanmaq üçün ABŞ Prezidenti Donald Trampa təqdim olunacaq.

"Politico" nəşrinin məlumatına görə, respublikaçılar Senatda layihənin təsdiqi zamanı çətinliklərlə üzləşə bilərlər. Belə ki, qanunun qəbul olunması üçün ən azı 60 senatorun dəstəyi tələb olunur. Qeyd edilir ki, iyulun əvvəlində Senat oxşar məzmunlu qanun layihəsini qəbul etməmişdi.

Bununla yanaşı, Nümayəndələr Palatası 95 milyard dollar həcmində əlavə maliyyə ayrılmasını nəzərdə tutan başqa bir qanunvericilik təşəbbüsünü də təsdiqləyib. Layihəyə əsasən, həmin vəsaitin 73 milyard dollarının İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilməsinə yönəldilməsi təklif olunur. Bu sənəd də müzakirə üçün Senata göndəriləcək.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İranla hərbi qarşıdurmaya başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmaların şərtlərini pozmaqda ittiham edərək ölkəyə qarşı genişmiqyaslı zərbələri yenidən başladıb.

Xəbəri paylaş Dostlarınıza göndərin