İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Trampın tarifləri ləğv edilir

ABŞ Ali Məhkəməsi Donald Trampın digər ölkələrə qarşı tətbiq etdiyi tariflərin mühüm hissəsini qanunsuz hesab edib. Qərar bütün ölkələrdən idxala tətbiq olunan “qarşılıqlı” rüsumları, eləcə də Kanada, Meksika və Çindən gətirilən mallara qoyulan 25 faizlik tarifləri əhatə edir. Bu barədə The Wall

16 baxış 3 dəq

ABŞ Ali Məhkəməsi Donald Trampın digər ölkələrə qarşı tətbiq etdiyi tariflərin mühüm hissəsini qanunsuz hesab edib.
Qərar bütün ölkələrdən idxala tətbiq olunan “qarşılıqlı” rüsumları, eləcə də Kanada, Meksika və Çindən gətirilən mallara qoyulan 25 faizlik tarifləri əhatə edir.
Bu barədə The Wall Street Journal məlumat yayıb.
Məhkəmənin qərarında qeyd olunur ki, Tramp tarifləri tətbiq edərkən 1977-ci il Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktına (IEEPA) istinad etməklə öz səlahiyyətlərini aşıb. Sənədə görə, Konqres prezidentə tariflər tətbiq etmək üçün belə geniş və fövqəladə səlahiyyət verməyib.
Nəşrin yazdığına görə, Trampın ikinci prezidentlik müddətində ilk dəfədir ki, Ali Məhkəmə onun siyasi qərarlarından birini qəti şəkildə ləğv edir. Digər istiqamətlərdə isə məhkəmənin mühafizəkar çoxluğu ona geniş səlahiyyətlər tanımışdı.
Qərar polad və alüminium idxalına digər qanunlar əsasında tətbiq olunan tariflərə aid deyil. Bildirilir ki, ləğv edilən rüsumların növbəti on il ərzində təxminən 1,5 trilyon dollar gəlir gətirəcəyi gözlənilirdi.

Qeyd: Məlumatlar xarici mətbuata istinadən Leqal xəbər tərəfindən təqdim olunur.


Xəbəri paylaş Dostlarınıza göndərin