Pakistan vətəndaşı Asif Merçant ABŞ Prezidenti Donald Trampa qarşı sifarişli qətl təşkil etməyə cəhd etdiyinə görə 27 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Leqal Xəbər məlumat verir ki, bu barədə ABŞ mediasında yayılan xəbərə görə, 48 yaşlı Merçant SEPAH kimi fəaliyyət göstərib. Onun qətl hədəfləri arasında ABŞ-ın keçmiş prezidenti Co Bayden və BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli də olub.
Qeyd edək ki, Merçant 2026-cı ildə ehtimal olunan muzdlu qatillərə əvvəlcədən pul verdikdən sonra saxlanılıb. Lakin həmin şəxslər əslində Federal Təhqiqatlar Bürosunun gizli fəaliyyət göstərən agentləri olub.