İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Tramp Lebron Ceymsdən üzrxahlıq tələb etdi

ABŞ Prezidenti Donald Tramp məşhur amerikalı basketbolçu Lebron Ceymsin dövlət himni oxunarkən nümayiş etdirdiyi davranışı kəskin tənqid edib və onun üzr istəməli olduğunu bildirib. Leqal Xəbər məlumat verir ki, bu barədə ABŞ lideri "Truth Social" platformasındakı hesabında paylaşım edib.

12 baxış 3 dəq

ABŞ Prezidenti Donald Tramp məşhur amerikalı basketbolçu Lebron Ceymsin dövlət himni oxunarkən nümayiş etdirdiyi davranışı kəskin tənqid edib və onun üzr istəməli olduğunu bildirib.

Leqal Xəbər məlumat verir ki, bu barədə ABŞ lideri "Truth Social" platformasındakı hesabında paylaşım edib.

"Lebron Ceyms himnimizi dinləyərkən ölkəmizə qarşı böyük hörmətsizlik etdi! Mən əvvəldən demişdim ki, o, yararsız bir adamdır, tam bir rüsvayçılıqdır", - deyə Tramp qeyd edib. O əlavə edib ki, Ceyms hərəkətlərinə görə, xüsusilə ABŞ hərbçilərindən üzr istəməlidir.

Tramp bu sözləri Nyu-Yorkda keçirilən oyundan əvvəl çəkilmiş videoçarxa reaksiya verərkən bildirib. Kadrlarda dövlət himni səslənən zaman Lebron Ceymsin qollarını yelləyərək idman hərəkətləri etməsi və basketbol topunu səbətə atırmış kimi imitasiya etməsi yer alıb.

Qeyd edək ki, Milli Basketbol Assosiasiyasının (NBA) tarixinin ən məhsuldar oyunçusu olan Lebron Ceyms bundan əvvəl də dəfələrlə Trampı və Respublikaçılar Partiyasının nümayəndələrini açıq şəkildə tənqid edib, Demokratlar Partiyasının siyasətçilərinə dəstək verib.

Hazırda "Filadelfiya" klubunda çıxış edən ulduz basketbolçu 4 dəfə NBA çempionu olub, 4 dəfə mövsümün ən yaxşı oyunçusu seçilib və ABŞ yığmasının heyətində üçqat Olimpiya çempionudur (2008, 2012, 2024).

Xəbəri paylaş Dostlarınıza göndərin