İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Tramp həyat yoldaşına xəyanət edən "Nvidia"nın rəhbərini dəstəklədi

ABŞ Prezidenti Donald Tramp həyat yoldaşına xəyanət etdiyini etiraf edən "Nvidia" şirkətinin baş direktoru Censen Huanqa dəstək verib. Huanqın Çin üçün məlumat toplamaqda şübhəli bilinən "Megaspeed" şirkətinin rəhbəri Elis Huanqla münasibətdə olduğu bildirilir. Leqal Xəbər

15 baxış 3 dəq

ABŞ Prezidenti Donald Tramp həyat yoldaşına xəyanət etdiyini etiraf edən "Nvidia" şirkətinin baş direktoru Censen Huanqa dəstək verib. Huanqın Çin üçün məlumat toplamaqda şübhəli bilinən "Megaspeed" şirkətinin rəhbəri Elis Huanqla münasibətdə olduğu bildirilir.

Leqal Xəbər "The Washington Times" nəşrinə istinadən məlumat verir ki, jurnalistlərlə söhbətində Tramp Censen Huanqla şəxsən danışmadığını, lakin onu ləyaqətli və yaxşı insan hesab etdiyini bildirib.

"Düşünürəm ki, yəqin ki, onun özünə bəraət qazandıran səbəbləri var. Biz onu dinləməliyik", - deyə ABŞ lideri qeyd edib. Trampın fikrincə, Huanq çip istehsalçısına rəhbərlik etməyə davam etməlidir.

Gələn həftə Asiyaya səfəri zamanı "Nvidia" rəhbərini özü ilə aparıb-aparmayacağı barədə suala Tramp "Mütləq aparacağam", - deyə cavab verib. O, Huanqın hər hansı yanlış hərəkət etdiyini eşitmədiyini də əlavə edib.

Censen Huanq isə artıq həyat yoldaşından və əməkdaşlarından üzr istəyib:

"Həyat yoldaşıma sadiq qalmadım. Hərəkətlərim onu və övladlarımızı incitdi. Bunun heç bir bəhanəsi yoxdur. Çox təəssüf edirəm".

"Nvidia"nın direktorlar şurası şirkətin qurucusu və baş direktorunun "xarici kəşfiyyat əməliyyatının" hədəfinə çevrildiyi barədə məlumatlarla əlaqədar müstəqil araşdırmaya başlanıldığını elan edib.

Çin Xarici İşlər Nazirliyi isə Çin kəşfiyyatının "Nvidia" rəhbəri ilə əlaqə yaratmağa cəhd göstərməsi barədə ittihamları böhtan adlandırıb.

Qalmaqal fonunda "Nvidia"nın səhmləri 6%-dən çox ucuzlaşıb.

Xəbəri paylaş Dostlarınıza göndərin