Almaniya Kansleri Fridrix Merts və ABŞ Prezidenti Donald Tramp telefonla Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.
Leqal Xəbər Report-a istinadən məlumat verir ki, bu barədə Almaniya hökumətinin nümayəndəsi Ştefan Kornelius bildirib.
Tərəflər münaqişənin ən qısa zamanda başa çatdırılmasının zəruriliyini qeyd ediblər.
Ş.Kornelius əlavə edib ki, sülh müqaviləsi NATO tərəfdaşlarının mövqeyini nəzərə almalıdır.