İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Toyuq və quzu əti bahalaşdı

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Leqal xəbər Xəzər TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal

9 baxış 3 dəq

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var.

Leqal xəbər Xəzər TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır.

Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir.
Satıcılar bildirirlər ki, mövsümlə əlaqədar son dövrlərdə mağazalara Monqolustandan quzu əti gətirilməyib. Məhsulun satışı yalnız son bir həftə ərzində yenidən bərpa olunub.

Qarşıdakı həftələrdə isə qiymətin stabil qalacağı gözlənilir.
Ətin ən əlçatan növlərindən hesab olunan toyuq filesi bahalaşıb.

Leqal xəbər Xəzər TV-yə istinadla xəbər verir ki, son günlər bəzi marketlərdə file ya ümumiyyətlə tapılmır, ya da əvvəlki qiymətindən baha satılır.

Hazırda bəzi satış məntəqələrində toyuq filesinin bir kiloqramı 10 manata qədər yüksəlib.

Alıcılar bildirirlər ki, xüsusilə ailələrin gündəlik alış-verişində geniş istifadə etdiyi məhsulun bahalaşması büdcəyə əlavə yük yaradır.
Satıcıların sözlərinə görə, son günlərdə satışda toyuq filesi qıtlığı müşahidə olunur. Bəzi mağazalarda məhsul ümumiyyətlə yoxdur. Olanlarda isə qiymət artıb.

Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli də bu məhsula tələbatın artdığını deyib. Onun sözlərinə görə, sentyabrda əhalinin tətildən qayıtması və turist axınının artması toyuq ətinə, xüsusilə file və bud hissələrinə marağı artırıb.

Qeyd edək ki, file ilə bərabər toyuğun digər hissələrində də qiymət artımı olub. Qiymətlərin yenidən stabilləşəcəyi gözlənilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakıda marketlərdə toyuq filesi qıtlığı yaşanıb.

Məlumat üçün bildirək ki, Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. hal hazirda yerli quzu etin kq 22-23 manat arasinda deyisir.

Xəbəri paylaş Dostlarınıza göndərin