Legal Xəbər məlumat verir ki, Gəncənin Hacıkənd qəsəbəsində torpaq sürüşməsi qeydə alınıb.
Hadisə nəticəsində dağlıq ərazidən böyük həcmdə torpaq, palçıq və daş kütləsi yolun hərəkət hissəsinə axıb. Sürüşmə səbəbindən yolun bəzi hissələri palçıqla örtülüb, nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.
İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub, yolun təmizlənməsi və təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər aparılır.
Mütəxəssislər son günlər müşahidə olunan yağıntıların torpaq sürüşməsi riskini artırdığını bildirirlər. Vətəndaşlara sürüşmə təhlükəsi olan ərazilərdə diqqətli olmaları tövsiyə edilir.