İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Tələbələri süni intellektli fotoları ilə şantaj edən şəxs tutulub

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı. Leqal Xəbər məlumat verir ki, Daxili İşlər Nazirliyi (*DİN*) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (*KMBİ*) müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin foto və video

13 baxış 3 dəq

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı.

Leqal Xəbər məlumat verir ki, Daxili İşlər Nazirliyi (*DİN*) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (*KMBİ*) müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin foto və video görüntülərinin montaj edilərək sosial şəbəkələrdə yayılması, həmin görüntülərin silinməsi müqabilində onlardan pul tələb olunması ilə bağlı müraciətlər daxil olub. Baş İdarə tərəfindən keçirilən əməliyyat-texniki tədbirlərlə bu əməlləri törədən 25 yaşlı İlkin Nəhmədov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs “TikTok” və “Instagram” sosial şəbəkələrindən tələbələrə məxsus foto və video görüntüləri əldə edərək süni intellekt proqramları vasitəsilə montaj edib. O, görüntülərə təhqiramiz və rüsvayedici ifadələr əlavə edərək yaratdığı saxta sosial şəbəkə hesablarında yayıb. Daha sonra həmin materialların silinməsi üçün tələbələrdən pul tələb edib.
Faktla bağlı KMBİ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bir daha hər kəsə sosial şəbəkələrdə şəxsi foto və video görüntülərini paylaşarkən diqqətli olmağı, hesablarının məxfilik parametrlərini düzgün tənzimləməyi və fərdi məlumatlarını tanımadıqları şəxslərlə bölüşməməyi tövsiyə edirik.
Qeyd edək ki, vətəndaşlara məxsus foto və video görüntülərdən süni intellekt texnologiyaları vasitəsilə icazəsiz istifadə edilərək saxta, təhqiramiz və rüsvayedici materialların hazırlanması, sosial şəbəkələrdə yayılması, eləcə də onların silinməsi müqabilində pul tələb olunması cinayət məsuliyyəti yaradır. Bu cür qanunsuz əməllərə yol verən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq ciddi hüquqi tədbirlər görülür və törədilən əməlin xarakterindən asılı olaraq azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.

Xəbəri paylaş Dostlarınıza göndərin