İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Ətin qiyməti ilə bağlı rəsmi açıqlama

Azərbaycanda son aylarda ətin qiymətində artım müşahidə edilir. Belə ki, paytaxtda hazırda sümüklü mal ətinin kiloqramı 19 manat, sümüksüz ətin qiyməti isə 25 manatdır. Əvvəllər bu qiymətlər müvafiq olaraq 18 və 23 manat idi. Bəs davamlı bahalaşmanın əsas səbəbi nədir? Burada süni qiymət artımı

6 baxış 3 dəq

Azərbaycanda son aylarda ətin qiymətində artım müşahidə edilir. Belə ki, paytaxtda hazırda sümüklü mal ətinin kiloqramı 19 manat, sümüksüz ətin qiyməti isə 25 manatdır. Əvvəllər bu qiymətlər müvafiq olaraq 18 və 23 manat idi.

Bəs davamlı bahalaşmanın əsas səbəbi nədir? Burada süni qiymət artımı varmı?

LEQAL XƏBƏR Ölkə.az-a istinadən xəbər verir ki, bu məsələ ilə bağlı Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sorğu ünvanlanıb.

Qurumdan bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Qiymətləri dövlət tərəfindən tənzimlənən malların, işlərin və xidmətlərin Siyahısı" təsdiqlənib. Həmin siyahıya daxil olan mal, iş və ya xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir:

"Eləcə də, ayrı-ayrı mal, iş və xidmətlərin qiymətlərinin formalaşması və tənzimlənməsi xüsusiyyətləri digər normativ hüquqi aktlarla müəyyənləşdirilə bilər. Digər malların qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur".

Sorğuya cavabda qeyd olunub ki, "Sahibkarlıq fəaliyyəti haqqında" qanuna əsasən, sahibkarlar qanunvericiliyə əməl etməklə öz məhsulları üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir:

"Ət məhsullarının qiymətində dəyişikliklər bazarda tələb və təklifin nisbəti, diri heyvanların tədarük qiyməti, yem və saxlanma xərcləri, kəsim və daşınma xərcləri, eləcə də digər təsərrüfat amillərinin təsiri ilə formalaşa bilər".

"Hazırda qeyd olunan bazarda rəqabəti məhdudlaşdıran davranışların mövcudluğunu təsdiq edən hal müəyyən edilməyib. Qiymət dəyişikliyinin rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq təqdim edildiyi təqdirdə, həmin məsələyə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində mahiyyəti üzrə baxıla bilər. Agentliyə rəsmi internet səhifəsi və elektron poçt vasitəsilə müraciət etmək mümkündür", - deyə agentlikdən əlavə olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin