İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

"TikTok"la bağlı qalmaqal böyüyür: 26 mindən çox şübhəli hesab üzə çıxarıldı

İspaniyanın Uşaq və Gənclər İşləri Nazirliyi prokurorluğa müraciət edərək "TikTok" sosial şəbəkəsinin araşdırılmasını xahiş edib. Leqal Xəbər bildirir ki, bu barədə "El País" nəşri məlumat yayıb. Buna səbəb "Maldita.es" təşkilatının 35 gün ərzində apardığı araşdırmanın

13 baxış 3 dəq

İspaniyanın Uşaq və Gənclər İşləri Nazirliyi prokurorluğa müraciət edərək "TikTok" sosial şəbəkəsinin araşdırılmasını xahiş edib.

Leqal Xəbər bildirir ki, bu barədə "El País" nəşri məlumat yayıb.

Buna səbəb "Maldita.es" təşkilatının 35 gün ərzində apardığı araşdırmanın nəticələridir.

Araşdırma zamanı platformada uşaqlara qarşı cinsi zorakılığı əks etdirən minlərlə videonun açıq şəkildə paylaşıldığı aşkarlanıb.

Nazirlik ölkədə "TikTok"un fəaliyyətinin dayandırılması məsələsini də müzakirə edir. Hökumət uşaqların və yeniyetmələrin müdafiəsi üçün tədbirlər görülməsi məqsədilə toplanmış məlumatları prokurorluğa göndərib.

Nazirlikdəki mənbələr sənədləşdirilmiş faktları son dərəcə ciddi qiymətləndirir və həm milli, həm də Avropa səviyyəsində təcili tədbirlər görülməsinin vacibliyini vurğulayırlar.

"Maldita.es" təşkilatının araşdırması zamanı uşaqlara qarşı açıq şəkildə zorakılığı əks etdirən 1 183 video, həmin videoların ümumilikdə 48 milyon baxış topladığı, eləcə də bu materiallara şərh yazan və onları paylaşan 26 mindən çox potensial pedofil hesabı aşkarlanıb.

"TikTok" videoların bir qismini silib. Lakin təşkilatın məlumatına görə, həmin hesabların əksəriyyəti hələ də aktivdir.

Xəbəri paylaş Dostlarınıza göndərin