İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

"TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar

"TikTok" sosial şəbəkəsində nalayiq ifadə işlədənlər saxlanılıblar. LEQAL XƏBƏR Lent.az-a istinadla xəbər verir ki, biri 29, digər ikisi isə 33 yaşlarında olan həmkəndlilər kafedə yeyib-içdikdən sonra sərxoş halda "TikTok" platformasında canlı yayım açaraq nalayiq ifadələr

10 baxış 3 dəq

"TikTok" sosial şəbəkəsində nalayiq ifadə işlədənlər saxlanılıblar.

LEQAL XƏBƏR Lent.az-a istinadla xəbər verir ki, biri 29, digər ikisi isə 33 yaşlarında olan həmkəndlilər kafedə yeyib-içdikdən sonra sərxoş halda "TikTok" platformasında canlı yayım açaraq nalayiq ifadələr işlədiblər, ictimai mənəviyyatı təhqir edən əməllərə yol veriblər.

Fakt əsasında hər üç şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya - telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Hadisə Ağcabədi rayonu, Hüsülü kəndində yerləşən kafedə baş verib. Yeyib-içəndən sonra sərxoş olan dostlardan biri canlı yayım açıb. Bu zaman digər ikisi canlı yayımda gedən söhbətə söyüşlə reaksiyalar veriblər. Lakin onların dediyinə görə, telefonun səsinin açıq olduğunu bilməyiblər. Hər üç adam törətdikləri əməldən peşman olduqlarını deyərək, barələrində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə onların hər biri 375 manat məbləğində inzibati qaydada cərimələnib.

Xəbəri paylaş Dostlarınıza göndərin