İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

"TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var

Avtomobil almaq istəyən bir qrup vətəndaş dələduzluqla üzləşdiklərini iddia edirlər. Leqal Xəbər "Xəzər" TV-yə istinadla məlumat verir ki, şikayətçilərin sözlərinə görə, "TikTok" sosial şəbəkəsində münasib qiymət və şərtlərlə avtomobil satışı elanına rast gəliblər. Onlar müəyyən

9 baxış 3 dəq

Avtomobil almaq istəyən bir qrup vətəndaş dələduzluqla üzləşdiklərini iddia edirlər.

Leqal Xəbər "Xəzər" TV-yə istinadla məlumat verir ki, şikayətçilərin sözlərinə görə, "TikTok" sosial şəbəkəsində münasib qiymət və şərtlərlə avtomobil satışı elanına rast gəliblər.

Onlar müəyyən məbləğdə ilkin ödəniş edərək avtomobil sahibi olmaq istəyiblər. Ancaq sonradan aldadıldıqlarını başa düşüblər.

Şikayətçilərin sözlərinə görə, eyni əməl onlarla şəxsin başına gəlib. Dediklərinə görə, onlara ümumilikdə təxminən 300 min manat civarında ziyan dəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli bildirib ki, həmin şəxslərin qanunsuz əməlləri nəticəsində çoxsaylı vətəndaşların dələduzluq edilərək aldadılması ilə bağlı polisə müraciətlər daxil olub. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb.

Polisin həyata keçirdiyi tədbirlərlə qeyd edilən əməlləri törədən iki nəfər müəyyən edilərək saxlanılıb. Məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işləri üzrə istintaq hərəkətləri davam etdirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin