Leqal xəbər bildirirki, Türk Hava Yolları (THY) İrana uçuşları martın 20-nə qədər dayandırıb. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib. Nazirin sözlərinə görə, THY ilə yanaşı “AJet”, “Pegasus” və “SunExpress” tərəfindən həyata keçirilən İran, İraq, Suriya, Livan və İordaniyaya uçuşlar da təhlükəsizlik səbəbilə müvəqqəti dayandırılıb. “Pegasus” martın 12-nə, THY isə martın 20-nə qədər İrana reysləri cədvəldən çıxarıb. Bildirilib ki, bölgədə gərginlik fonunda İran, İsrail, İraq, Qətər, Bəhreyn, Küveyt və Suriyanın hava məkanının bir hissəsi bağlanıb. Bəzi ölkələrdə isə uçuşlar məhdud şəkildə həyata keçirilir və hava nəqliyyatı ciddi nəzarət altındadır. Qeyd edək ki, İsrail və İran arasında son hərbi gərginlik regionda hava nəqliyyatına da təsir göstərib.
THY İrana uçuşları dayandırdı
Leqal xəbər bildirirki, Türk Hava Yolları (THY) İrana uçuşları martın 20-nə qədər dayandırıb. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib. Nazirin sözlərinə görə, THY ilə yanaşı “AJet”, “Pegasus” və “SunExpress” tərəfindən həyata keçirilən İran, İraq,
12 baxış
3 dəq
