LEQAL XƏBƏR məlumat verir ki, ABŞ-nin endirdiyi zərbələrdən sonra Tehran-Məşhəd dəmir yolu xəttində qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Məlumata görə, hadisə yerinə cəlb olunan təmir briqadaları dəmir yolu infrastrukturunun bərpası istiqamətində işlərə başlayıblar.
Bildirilib ki, sərnişin daşımalarının fasiləsiz davam etdirilməsi məqsədilə hökumət zədələnmiş ərazini avtomobil nəqliyyatı ilə keçməyi nəzərdə tutan alternativ marşrut hazırlayıb.
Qeyd edək ki, iyulun 9-da Məşhəd şəhərində İranın keçmiş ali lideri Əli Xameneinin dəfn mərasiminin keçirilməsi planlaşdırılır.![]()