LEQAL XƏBƏR məlumat verir ki, Gürcüstanda Tbilisi su anbarında beş gün əvvəl itkin düşən 15 yaşlı azərbaycanlı yeniyetmənin cəsədi tapılıb.
Məlumata görə, xilasedicilər Ümid Sofiyevin axtarışlarını beş gün ərzində davam etdiriblər.
Bildirilir ki, yeniyetmə dostları ilə birlikdə Tbilisi su anbarına çimməyə gedib. Bu zaman onun suda itkin düşdüyü qeyd olunur.
Axtarış-xilasetmə işləri nəticəsində yeniyetmənin cəsədi sudan çıxarılıb.