LEQAL XƏBƏR verir ki, Azərbaycan Dəmir Yollarının (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, problem yüksək tələbat zamanı eyni yerin eyni anda bir neçə sərnişin tərəfindən bron edilməsinə cəhd göstərilməsi ilə bağlıdır.
Onun sözlərinə görə, belə hallarda sistem ödənişi avtomatik ləğv edir və vəsait sərnişinin bank kartına geri qaytarılır. Bu səbəbdən elektron biletin statusu da "etibarsız" kimi görünür.
Qeyd edək ki, bəzi sərnişinlər Tbilisi–Bakı reysi üçün bileti rəsmi onlayn sistem vasitəsilə əldə etdikdən sonra ödənişin kartlarına geri qaytarıldığını və biletlərinin sistemdə etibarsız göstərildiyini bildiriblər. ADY yaranmış vəziyyətin araşdırıldığını və zəruri tədbirlərin görüldüyünü açıqlayıb.