İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

TƏBİB-in yeni rəhbəri kimdir? - Dosye

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun vəzifələrinin icrası müavin Bahadur Rzayevə həvalə edilib. Leqal Xəbər Bahadur Rzayevin dosyesini təqdim edir. "Yüksəliş" müsabiqəsinin finalçısı olan Bahadur Məhərrəm oğlu Rzayev 2022-2028-ci illər üçün Dövlət

10 baxış 3 dəq

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun vəzifələrinin icrası müavin Bahadur Rzayevə həvalə edilib.

Leqal Xəbər Bahadur Rzayevin dosyesini təqdim edir.

"Yüksəliş" müsabiqəsinin finalçısı olan Bahadur Məhərrəm oğlu Rzayev 2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində İngiltərənin Birmingem Universitetində "Səhiyyə siyasəti və idarəolunması" ixtisası üzrə təhsil alıb və proqramı birinciliklə başa vurub. O, TƏBİB-in icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

B.Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr, İstanbul Universitetində isə təşkilatların idarə olunması üzrə magistr təhsili alıb. 2018-2019-cu illərdə Almaniyanın "RWTH Aachen" Universitetində liderlik və təşkilati səmərəliliyin artırılması mövzusunda elmi araşdırmalar aparıb.

Peşəkar fəaliyyəti ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri vəzifəsində çalışıb. Bu müddətdə reabilitasiya xidmətlərinin təşkili, keyfiyyətə nəzarət və xidmətlərin idarə olunması istiqamətlərində fəaliyyət göstərib. Daha sonra həmin agentliyin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

Bahadur Rzayev səhiyyə menecmenti, tibbi xidmətlərin təşkili, səhiyyədə rəqəmsal həllərin tətbiqi, keyfiyyətin idarə olunması və strateji planlaşdırma sahələrində ixtisaslaşıb. Son təyinatından əvvəl TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsində çalışıb.

Xəbəri paylaş Dostlarınıza göndərin