Leqal xəbər bildirirki, Bu gün Bakının ən izdihamlı məkanlarından biri olan Tarqovuda Novruz bayramı münasibətilə xüsusi tədbir keçirilib. “Soyuq əllər, isti ürəklər” şüarı ilə təşkil olunan aksiya paytaxt sakinləri və şəhər qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
Havanın sərin keçməsinə baxmayaraq, tədbirdə iştirak edənlərin əhval-ruhiyyəsi yüksək olub. Ərazidə müxtəlif Novruz atributları nümayiş etdirilib, şirniyyatlar paylanıb və bayram musiqiləri səsləndirilib. Aksiya çərçivəsində insanlar bir-biri ilə bayram sevincini bölüşüb, həmrəylik və birlik mesajları veriblər. Xüsusilə gənclərin fəallığı tədbirə əlavə rəng qatıb. Qeyd edək ki, “Soyuq əllər, isti ürəklər” təşəbbüsü Novruzun əsas mahiyyətini – paylaşmaq, birlik və sevinc duyğularını bir daha ön plana çıxarıb.
Tarqovuda Novruz ab-havası
Leqal xəbər bildirirki, Bu gün Bakının ən izdihamlı məkanlarından biri olan Tarqovuda Novruz bayramı münasibətilə xüsusi tədbir keçirilib. “Soyuq əllər, isti ürəklər” şüarı ilə təşkil olunan aksiya paytaxt sakinləri və şəhər qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Havanın sərin keçməsinə
89 baxış
3 dəq
