İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Tanış olduğu qadının ərinə polis olduğunu dedi, cərimələndi

Bakıda özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən şəxs inzibati məsuliyyətə cəlb olunub. Hadisə Yasamal rayonunda baş verib. Belə ki, bir neçə gün əvvəl 1996-cı il təvəllüdlü Həsrət Söhbətov "Azar" sosial şəbəkəsində Kamilə adlı qadınla tanış olub və aralarında

8 baxış 3 dəq

Bakıda özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən şəxs inzibati məsuliyyətə cəlb olunub.

Hadisə Yasamal rayonunda baş verib.

Belə ki, bir neçə gün əvvəl 1996-cı il təvəllüdlü Həsrət Söhbətov "Azar" sosial şəbəkəsində Kamilə adlı qadınla tanış olub və aralarında qeyri-rəsmi münasibət yaranıb. O, daha sonra Kamiləyə gecə saatlarında zəng edərkən telefona qadının əri cavab verib.

Həmin vaxt yaranan mübahisədə qadının ərini qorxutmaq məqsədilə özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib.

Qadının əri məsələ ilə bağlı həmin quruma müraciət edib və Həsrət saxlanılıb. Onun hüquq-mühafizə orqanlarının adına ləkə gətirməsi və tabesizlik göstərməsi əsas göstərilərək barəsində inzibati protokol tərtib edilib.

Saxlanılan şəxs protokolla birgə Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin müvafiq qərarı ilə 30 yaşlı şəxs 50 manat cərimə edilərək sərbəst buraxılıb.

Qeyd edək ki, adlar və soyad şərti verilib.

Xəbəri paylaş Dostlarınıza göndərin