İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Sürücülük imtahanı daha da sərtləşdirilə bilərmi? Ekspert nə deyir?

2027-ci il martın 1-dən etibarən Rusiyada sürücülük imtahanlarının audio və videoqeydiyyatının aparılması nəzərdə tutulur. Yeniliyin əsas məqsədi imtahan prosesində şəffaflığın artırılması və mümkün mübahisəli halların qarşısının alınmasıdır. Bəs Rusiyada tətbiq olunacaq bu təcrübə Azərbaycanda da

9 baxış 3 dəq

2027-ci il martın 1-dən etibarən Rusiyada sürücülük imtahanlarının audio və videoqeydiyyatının aparılması nəzərdə tutulur. Yeniliyin əsas məqsədi imtahan prosesində şəffaflığın artırılması və mümkün mübahisəli halların qarşısının alınmasıdır.

Bəs Rusiyada tətbiq olunacaq bu təcrübə Azərbaycanda da reallaşdırıla bilərmi?

Leqal Xəbər Bizim.media-ya istinadən xəbər verir ki, nəqliyyat üzrə ekspert Orxan Şərifov Azərbaycanda sürücülük imtahanı prosesinə dair artıq müəyyən texniki tələblərin olduğunu deyib.

Belə ki, nəzəri imtahan zalında videokameralar mövcuddur. Praktiki imtahanlarda isə avtomobillərdən istifadəsi zamanı yürüş prosesini qeydə alan videokameralarla təchiz edilib.

"Sürücülük vəsiqəsinin verilməsi "Yol hərəkəti haqqında" Qanunun 35-ci maddəsinin IV-I hissəsinə əsasən təyin olunur. Bu zaman imtahan zalında videokamera olmalı, imtahan prosesi isə interaktiv monitorlarda əks etdirilməlidir. Yəni qanun imtahan zalında videokameranın olmasını nəzərdə tutur. Lakin bu, bütün imtahan prosesinin səs və görüntü ilə fasiləsiz qeydə alınması demək deyil. Hər halda Rusiyada tətbiqi planlaşdırılan audio və videoqeydiyyatında səsin də qeydə alınması məsələsi diqqət çəkir. Əlbəttə ki, Azərbaycanda da Rusiyadakı kimi audio və videoqeydiyyatının tətbiq edilməsi imtahanların şəffaflığını artırmaq və hər hansı mübahisəli vəziyyətin qarşısını almaq üçün faydalı ola bilər".

Picture background


Ekspert diqqətə çatdırıb ki, belə bir sistemin tətbiq edilə bilməsi texniki cəhətdən mümkün olsa da, həyata keçirilməsi rəsmi qərarla qüvvəyə minməlidir.

Xəbəri paylaş Dostlarınıza göndərin