İrəvanda son günlər müxtəlif sosial-iqtisadi səbəblərlə bağlı etiraz aksiyaları keçirilir. Şəhərin mərkəzi küçə və meydanlarında toplaşan etirazçılar ümumi iqtisadi vəziyyət və hökumət siyasətinə etiraz etdiklərini bildirirlər. Taksi sürücüləri isə mərkəzi küçələri bağlayaraq yeni qayda və məhdudiyyətlərə etiraz olaraq aksiya keçiriblər. Sürücülər şəhərin mərkəzi küçələrində toplaşaraq hökumətin tətbiq etdiyi tələblərin onların fəaliyyətini çətinləşdirdiyini bildiriblər.
Etirazçıların sözlərinə görə, son dəyişikliklər — lisenziyalaşdırma, vergi yükü və texniki tələblərin sərtləşdirilməsi — kiçik və fərdi sürücülərin bazardan sıxışdırılmasına səbəb olur.
Aksiya zamanı yollar bağlanıb. Leqal xəbər ermənistan mətbuatına istinadən xəbər verir ki, sürücülər hökumətdən yeni qaydaları yenidən nəzərdən keçirilməsini və onların nümayəndələri ilə dialoqa başlanmasını tələb edirlər.
SÜRÜCÜLƏR YOLU BAĞLADI
İrəvanda son günlər müxtəlif sosial-iqtisadi səbəblərlə bağlı etiraz aksiyaları keçirilir. Şəhərin mərkəzi küçə və meydanlarında toplaşan etirazçılar ümumi iqtisadi vəziyyət və hökumət siyasətinə etiraz etdiklərini bildirirlər. Taksi sürücüləri isə mərkəzi küçələri bağlayaraq yeni qayda və
18 baxış
3 dəq
