Ermənistan hakimiyyəti Sünik vilayətində Rusiya Baş Konsulluğunun açılmasına icazə verilməsi məsələsini artıq üç ilə yaxındır uzadır. Moskvanın müraciətlərinə xüsusilə 2025-ci ilin may ayından sonra ümumiyyətlə cavab verilməyib. Ermənistan mətbuatının yazdığına görə, rəsmi Yerevan tərəfi nə razılıq verir, nə də qəti imtina edir.
Rusiyanın isə hələlik səbrli gözləmə mövqeyi tutduğu bildirilir.
Son illərdə Sünik bölgəsi geosiyasi baxımdan daha böyük əhəmiyyət qazanıb. Regionda diplomatik nümayəndəliklərin sayının artması bu marağın göstəricisi kimi qiymətləndirilir.
2022-ci ilin oktyabr ayından etibarən İran İslam Respublikasının Baş Konsulluğu Qapan şəhərində fəaliyyət göstərir. 2025-ci ilin iyun ayında isə Qoris şəhərində Fransanın fəxri konsulunun ofisi açılıb. Məlumatlara görə, Fransa gələcəkdə burada baş konsulluq açmaq niyyətini də nəzərdən keçirir.
Sergey Lavrov 21 may 2025-ci ildə Yerevanda çıxışı zamanı Qapan şəhərində Rusiya Baş Konsulluğunun açılması üçün hazırlıq işlərinin aparıldığını bildirmişdi. O, həmçinin iki ölkənin regionları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdı.
Bundan qısa müddət sonra Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məsələ ilə bağlı açıqlamasında konsulluğun yaradılmasının müzakirə olunduğunu, lakin yekun qərarın verilmədiyini demişdi.
Ekspertlər hesab edir ki, regionda artan geosiyasi rəqabət fonunda bu məsələ Ermənistanın xarici siyasətində həssas mövzulardan biri olaraq qalır. Qeyd: Məlumatlar Ermənistan mətbuatına istinadən Leqal xəbər tərəfindən təqdim olunur.
Sünikdə görünən Erməni siyasəti
Ermənistan hakimiyyəti Sünik vilayətində Rusiya Baş Konsulluğunun açılmasına icazə verilməsi məsələsini artıq üç ilə yaxındır uzadır. Moskvanın müraciətlərinə xüsusilə 2025-ci ilin may ayından sonra ümumiyyətlə cavab verilməyib. Ermənistan mətbuatının yazdığına görə, rəsmi Yerevan tərəfi nə razılıq
15 baxış
3 dəq
