Sumqayıtda kanalizasiya xəttində baş verən qəza nəticəsində yolun çökdüyü ərazidə əvvəllər də analoji hadisələr qeydə alınıb.
Leqal Xəbər istinadən bildirir ki, Oxu.Az-a bu barədə sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, indiyədək həmin yolda üç dəfə çökmə baş verib.
Qeyd edək ki, sonuncu çökmə nəticəsində eni 6 metr, dərinliyi isə 4 metr olan çuxur yaranıb.