LEQAL XƏBƏR məlumat verir ki, Sumqayıtda 1 700 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Məlumata görə, Stansiya Sumqayıt qəsəbəsində diametri 76 millimetr olan qaz kəmərində aşkar edilən sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.
Bununla əlaqədar bu gün saat 11:30-dan etibarən 1 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra qazın verilməsi mərhələli şəkildə bərpa olunacaq.![]()