Leqal xəbər məlumat verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ABŞ-ın İrana qarşı hücumlarına qoşulmaq barədə qərar verməyə yaxın olduğu bildirilir. Məlumata görə, krallığın müharibəyə daxil olması yalnız zaman məsələsi kimi qiymətləndirilir. Daha əvvəl Səudiyyə Ərəbistanı öz ərazisi və hava məkanından İrana qarşı istifadə olunmasına icazə verməkdən çəkinirdi. Lakin İranın krallığın enerji obyektlərinə və paytaxt Ər-Riyada hücumlar həyata keçirməsindən sonra bu mövqe dəyişib. Bildirilir ki, artıq Səudiyyə Ərəbistanı ABŞ qüvvələrinə Kral Fəhd hava bazasından istifadə etməyə icazə verib. Qeyd edək ki, bu addım regionda gərginliyin daha da artacağına işarə edir.
Səudiyyə müharibəyə qoşula bilər
Leqal xəbər məlumat verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ABŞ-ın İrana qarşı hücumlarına qoşulmaq barədə qərar verməyə yaxın olduğu bildirilir. Məlumata görə, krallığın müharibəyə daxil olması yalnız zaman məsələsi kimi qiymətləndirilir. Daha əvvəl Səudiyyə
15 baxış
3 dəq
