İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

Azərbaycan Dəmir Yolları (ADY) sərnişindaşıma xidmətlərinin keyfiyyətini yüksəltmək, hərəkət tərkibini yeniləmək və dəmir yolu ilə sərnişindaşıma coğrafiyasını genişləndirmək məqsədilə qatar parkını yeniləməyə davam edir. Leqal Xəbər bildirir ki, bu barədə ADY məlumat yayıb. Oktyabrın 27-də ADY ilə

9 baxış 3 dəq

Azərbaycan Dəmir Yolları (ADY) sərnişindaşıma xidmətlərinin keyfiyyətini yüksəltmək, hərəkət tərkibini yeniləmək və dəmir yolu ilə sərnişindaşıma coğrafiyasını genişləndirmək məqsədilə qatar parkını yeniləməyə davam edir.

Leqal Xəbər bildirir ki, bu barədə ADY məlumat yayıb.

Oktyabrın 27-də ADY ilə Çinin "CRRC Zhuzhou Locomotive" şirkəti arasında dörd yeni sərnişin qatarının alınmasına dair müqavilə imzalanıb.

ADY-nin sədri Rövşən Rüstəmov bildirib ki, 2030-cu ilədək Yalama, Mincivan və Astara istiqamətlərində sərnişindaşımaların mərhələli şəkildə bərpası nəzərdə tutulur.

"Eyni zamanda, əvvəlcədən planlaşdırıldığı kimi, Bakı-Xankəndi marşrutu sərnişinlərin istifadəsinə veriləcək", - deyə o qeyd edib.

Qeyd edək ki, yeni qatarlar sərnişinlərə daha rahat və müasir səyahət imkanları yaradacaq. Qatarların hər biri yeddi vaqondan ibarət olacaq. Təxminən 135 metr uzunluğunda olan qatarların maksimal istismar sürəti saatda 140 kilometr, konstruktiv sürəti isə saatda 160 kilometr təşkil edəcək.

Hər bir qatar 434 oturacaqla təchiz olunacaq. Sərnişinlərə birinci, biznes və standart olmaqla üç sinif üzrə xidmət göstəriləcək.

Müqaviləyə əsasən, qatarların iki il ərzində təhvil verilməsi nəzərdə tutulur.

Xəbəri paylaş Dostlarınıza göndərin