İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

SOVET CASUSUNUN NƏVƏSİ FRANSADA PREZİDENTLİYƏ NAMİZƏD OLDU

LEQAL XƏBƏR məlumat verir ki, Fransada prezident seçkisində iştirak etmək niyyətini açıqlayan siyasi xadim Rafael Qlüksmannın sovet kəşfiyyatçısı Rubin Qlüksmannın nəvəsi olduğu üzə çıxıb. Məlumata görə, bu barədə Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə,

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Fransada prezident seçkisində iştirak etmək niyyətini açıqlayan siyasi xadim Rafael Qlüksmannın sovet kəşfiyyatçısı Rubin Qlüksmannın nəvəsi olduğu üzə çıxıb.

Məlumata görə, bu barədə Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, 1920-ci illərdə Fələstinə mühacirət edən Rubin Qlüksmann daha sonra kommunist ideyalarını qəbul edərək “Komintern”ə qoşulub.

İddialara əsasən, Rubin Qlüksmann sonrakı dövrdə Fransa, Almaniya və Böyük Britaniyada özünü iş adamı kimi təqdim edərək SSRİ kəşfiyyatının əməkdaşı kimi gizli fəaliyyət göstərib.

1979-cu il təvəllüdlü Rafael Qlüksmann hazırda Avropa Parlamentinin deputatı və Fransanın mərkəz-solçu İctimai Tribuna Partiyasının rəhbəridir.

O, avqustun 23-də Fransa prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. Qlüksmann mərkəz-sol qüvvələrin və Fransa Sosialist Partiyasının ilkin seçkisində iştirak edəcəyini bildirib.

Qeyd edək ki, praymerizdə iştirak prezidentliyə namizədliyin təsdiqlənməsi üçün məcburi şərt deyil. Rəsmi namizəd kimi qeydiyyatdan keçmək üçün xalq tərəfindən seçilmiş nümayəndələrdən 500 imza toplamaq tələb olunur.

Fransada növbəti prezident seçkisinin birinci turunun 18 aprel 2027-ci ildə keçirilməsi planlaşdırılır.

Xəbəri paylaş Dostlarınıza göndərin