İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Sosial şəbəkələrdə əxlaq normalarını pozan daha bir nəfər saxlanılıb.

24 yaşlı Nigar Dadaşova (şərti adla) gecəyarı tiktok sosial şəbəkəsində açdığı canlı yayımda nalayiq ifadələr işlədib. Bununla da o, ictimai mənəviyyəti təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən əməllərə yol verib. Bundan əlavə, ərazidə xidmətdə olan polis əməkdaşları ona yaxınlaşıb irad

7 baxış 3 dəq

24 yaşlı Nigar Dadaşova (şərti adla) gecəyarı tiktok sosial şəbəkəsində açdığı canlı yayımda nalayiq ifadələr işlədib. Bununla da o, ictimai mənəviyyəti təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən əməllərə yol verib.

Bundan əlavə, ərazidə xidmətdə olan polis əməkdaşları ona yaxınlaşıb irad bildirəndə qanuni tələbə əvvəlcə tabe olmayıb. O, sərxoş halda olduğu üçün işlədiyi kafedə nalayiq ifadələr işlədərək ictimai asayişi və gecə saatlarında insanların istirahət hüququnu pozub.

Fakta görə Nigar saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (nternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

N. Dadaşova bildirib ki, hazırda rəsmi nikahlı olsa da, ərindən ayrı yaşayır. Bu evlilikdən iki övladı var. Övladlarına uşağın atası və özünün anası baxır. Hazırda günorta saat 16-dan gecəyarı saat 4-dək kafedə ofisiant işləyir. Hadisə olan gün xeyli spirtli içki pivə içib. Sərxoş halda canlı yayım açıb və kafedə kişi müştəri ilə mübahisə edərkən nalayiq ifadələr işlədib. O, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.

Məhkəmənin qərarı ilə Nigar Dadaşova 500 manat məbləğində inzibati qaydada cərimələnib.

Xəbəri paylaş Dostlarınıza göndərin