İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Simonyan İrəvanın meri olmaq istəyir: Post uğrunda gərgin mübarizə

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan İrəvanın meri postunu hədəfləyir. Hazırkı şəhər rəhbəri Tiqran Avinyanla onun arasında gərgin rəqabət yaranıb. Leqal Xəbər bildirir ki, bu barədə "Armlur" məlumat yayıb. Məlumata görə, Ermənistanın paytaxtında keçiriləcək növbəti

12 baxış 3 dəq

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan İrəvanın meri postunu hədəfləyir. Hazırkı şəhər rəhbəri Tiqran Avinyanla onun arasında gərgin rəqabət yaranıb.

Leqal Xəbər bildirir ki, bu barədə "Armlur" məlumat yayıb.

Məlumata görə, Ermənistanın paytaxtında keçiriləcək növbəti seçkiyə hələ iki il vaxt qalsa da, Təhlükəsizlik Şurasının katibi artıq indidən özünü bu postda görür.

Nəşr iddia edir ki, o, yaxın adamlarının əhatəsində gələcək mer olacağını söyləyib: guya reytinqi kifayət qədər yüksəkdir və iqtidarda olan "Mülki Müqavilə" partiyasının rəhbərliyi məhz onun namizədliyinin xeyrinə qərar qəbul etməlidir. Bununla belə, Avinyan da geri çəkilmək fikrində deyil.

Qəzetin yazdığına görə, indiki mer öz komandasına bu postun ondan alınmasına heç cür imkan verməyəcəyini bildirib.

Qeyd edək ki, Simonyan əvvəlki çağırışda parlamentin sədri olsa da, sonuncu seçkilərdən sonra həmin posta sabiq müavini Ruben Rubinyan gəlib. Sonradan isə Simonyan Təhlükəsizlik Şurasının katibi vəzifəsinə gətirilib.

Xəbəri paylaş Dostlarınıza göndərin