İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Sevdiyi qadınla birlikdə onun ərini öldürən şəxs

Bakı Ağır Cinayətlər Məhkəməsində Zahir Soltanovun Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və Leyla Abbasovanın 32.5,120.2.9-cu (köməksiz vəziyyətdə olan adamın qəsdən öldürülməsində iştirak etmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə

9 baxış 3 dəq

Bakı Ağır Cinayətlər Məhkəməsində Zahir Soltanovun Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və Leyla Abbasovanın 32.5,120.2.9-cu (köməksiz vəziyyətdə olan adamın qəsdən öldürülməsində iştirak etmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə iş üzrə dindirilən şahidlərin ilkin istintaq zamanı verdiyi ifadələri elan edib.

Təqsirləndirilən Zahir Soltanov Leyla Abbasovanın günahsız olduğunu deyib:

"Mənim üzrxahlığım ondan ibarətdir ki, mən bu barmaqlıq arxasında tək olmalı idim. Leylanın bu işdə heç bir günahı yoxdur, o, indi körpələrinin yanında olmalı idi. Şikayət tək məndən olmalı idi, gedib cəzamı çəkərdim, Leyladan niyə şikayət etdilər? Üç uşağın anasız, başsız qalmasına görə özümü heç vaxt bağışlamayacağam. Çünki, bu işdə günahsız olanlar da günahkar çıxdılar. Bu işdə tək günahkar mənəm".

Növbəti proses 12 mart saat 10:00-a təyin edilib.

Xatırladaq ki, 2025-ci il avqustun 9-da DİN 29 yaşlı İkram Piriyevin Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Zahir Soltanov və Leyla Abbasova 15-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıblar.


Xəbəri paylaş Dostlarınıza göndərin