İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Serbiyada seçkidən sonra iğtişaşlar: Telekanala basqın olundu, baş redaktor yaralandı

Nümayişçilərdən ibarət kütlə Belqradda yerləşən "Informer" TV-nin binasına daxil olaraq obyekti dağıdıb və baş redaktora xəsarət yetirib. Leqal Xəbər bildirir ki, bu barədə məlumatı telekanalın özü yayıb. Məlumata görə, qəzəbli insanlar bir saat ərzində bina qarşısında iğtişaşlar törədib,

11 baxış 3 dəq

Nümayişçilərdən ibarət kütlə Belqradda yerləşən "Informer" TV-nin binasına daxil olaraq obyekti dağıdıb və baş redaktora xəsarət yetirib.

Leqal Xəbər bildirir ki, bu barədə məlumatı telekanalın özü yayıb.

Məlumata görə, qəzəbli insanlar bir saat ərzində bina qarşısında iğtişaşlar törədib, pəncərələri sındırıb və giriş qapısını qırıblar. Daha sonra onlar redaksiyaya soxularaq otaqları darmadağın edib və baş redaktor Draqan Vuçiçeviçə hücum çəkiblər. Telekanalın əməkdaşları sanitar qovşaqlarında və binanın zirzəmisində gizlənməyə məcbur olublar. Bir müddət sonra hadisə yerinə cəlb edilən polislər bütün işçiləri və etirazçıları binadan çıxarıblar.

Qeyd edək ki, Serbiyada keçirilən növbədənkənar parlament seçkisində "Tələbə siyahısı"nın qələbəsi münasibətilə birliyin minlərlə tərəfdarı Belqradın mərkəzindəki Slaviya meydanında bayram mitinqinə toplaşıb. Oktyabrın 25-də ölkədə parlamentə növbədənkənar seçki keçirilib. Məntəqələrin 97.6%-dən alınan səslərin sayılması nəticələrinə əsasən, "Tələbə siyahısı" 52.71%, sabiq prezident Aleksandar Vuçiçin rəhbərlik etdiyi "Birləşmiş Serbiya" adlı siyasi təşkilat isə 39.17% səs toplayır. Vuçiç seçkidə məğlubiyyətini qəbul edib.

Xəbəri paylaş Dostlarınıza göndərin