İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı raket və dron hücumlarının başladığını açıqlayıb. Qurumun yaydığı bəyanatda bildirilib ki, hücumlar İran İslam Respublikasına qarşı iddia edilən təcavüzə cavab olaraq həyata keçirilir və raket-dron əməliyyatlarının ilk dalğası artıq başlayıb. Adı açıqlanmayan iranlı rəsmi “Al Jazeera” telekanalına açıqlamasında qeyd edib ki, ABŞ və İsrailin Yaxın Şərqdəki maraqları və mövcudluğu hədəf kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, mövcud vəziyyət fonunda müxtəlif ssenarilər mümkündür. Rəsmi Təl-Əviv və Vaşinqtondan məsələ ilə bağlı hələlik açıqlama verilməyib. Regionda vəziyyətin gərgin olaraq qaldığı bildirilir.
SEPAH İsrailə hücum etdi
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı raket və dron hücumlarının başladığını açıqlayıb. Qurumun yaydığı bəyanatda bildirilib ki, hücumlar İran İslam Respublikasına qarşı iddia edilən təcavüzə cavab olaraq həyata keçirilir və raket-dron əməliyyatlarının ilk dalğası artıq
13 baxış
3 dəq
