Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dördüncü ildönümü münasibətilə sosial media hesabında yeni video paylaşıb. Videoda dövlət başçısı müharibə dövründə fəaliyyət göstərdiyi bunkeri nümayiş etdirib. Zelenski paylaşımında bir müddətdir həmin bunkerdə yaşadığını və buradan dövlət işlərini koordinasiya etdiyini bildirib. Kadrlarda təhlükəsizlik şəraiti və iş mühiti əks olunub. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın işğalının dördüncü ildönümü ilə bağlı xalqa müraciət edib. Dövlət başçısı çıxışında Ukraynanın sülh və ədalətin təmin olunması üçün bütün imkanlardan istifadə edəcəyini bildirib. Zelenski ölkəsinin mübarizəni davam etdirdiyini vurğulayaraq, beynəlxalq tərəfdaşların dəstəyinin vacibliyini qeyd edib. Prezident Ukraynanın ərazi bütövlüyü və təhlükəsizliyi naminə səylərin davam edəcəyini diqqətə çatdırıb. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın işğalının dördüncü ildönümü ilə bağlı videomüraciət yayımlayıb. Dövlət başçısı çıxışında Rusiyanın planlarının baş tutmadığını vurğulayıb. “Putin məqsədlərinə çatmadı. O, ukraynalıları sındıra bilmədi. Bu müharibəni udmadı. Biz Ukraynanı qoruyub saxlamışıq, sülh və ədaləti təmin etmək üçün hər şeyi edəcəyik”, – Zelenski fevralın 24-də yayımlanan müraciətində bildirib. Prezident Ukraynanın mübarizəni davam etdirəcəyini və ölkənin təhlükəsizliyi ilə ərazi bütövlüyünün qorunmasının əsas prioritet olaraq qaldığını qeyd edib. 2025-ci ilin yanvarında ABŞ-də prezident Donald Trampın vəzifəyə başlamasından sonra Ukrayna müharibəsi ilə bağlı sülh danışıqlarına yeni təkan verilsə də, hələlik konkret nəticə əldə olunmayıb. Ukrayna hakimiyyəti həftənin sonuna yaxın əlavə görüşlərin keçirilə biləcəyini açıqlayıb. Ötən həftə keçirilən danışıqlardan sonra ABŞ-nin əsas elçisi Stiv Uitkoff prosesdə “əhəmiyyətli” irəliləyiş olduğunu bildirərək, tərəflərin razılaşma istiqamətində işi davam etdirmək barədə razılığa gəldiyini qeyd edib. Siyasi təhlilçi Anton Penkovski isə bildirib ki, həm Ukrayna, həm də Rusiya getdikcə ABŞ-dən daha güclü iqtisadi və xarici siyasət təzyiqi hiss edir. Onun sözlərinə görə, hazırda tərəflər xüsusilə ərazilər və Donbas məsələsi ilə bağlı daha konkret müzakirələr aparır.
SAVAŞIN 5-ci ili
Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dördüncü ildönümü münasibətilə sosial media hesabında yeni video paylaşıb. Videoda dövlət başçısı müharibə dövründə fəaliyyət göstərdiyi bunkeri nümayiş etdirib. Zelenski paylaşımında bir müddətdir həmin bunkerdə yaşadığını və buradan dövlət
16 baxış
3 dəq
