İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

SARQSYANLA BAĞLI YENİ CİNAYƏT İŞİ BAŞLANILDI

LEQAL XƏBƏR məlumat verir ki, Ermənistan Baş Prokurorluğunun məlumatına görə, ölkənin sabiq prezidenti Serj Sarqsyanla bağlı yeni cinayət işi başlanılıb. İş 20 ildən çox əvvəl dövlətə məxsus əmlakın özgəninkiləşdirilməsi zamanı ehtimal edilən qanun pozuntuları ilə bağlıdır. Məlumata görə, söhbət

9 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Ermənistan Baş Prokurorluğunun məlumatına görə, ölkənin sabiq prezidenti Serj Sarqsyanla bağlı yeni cinayət işi başlanılıb.
İş 20 ildən çox əvvəl dövlətə məxsus əmlakın özgəninkiləşdirilməsi zamanı ehtimal edilən qanun pozuntuları ilə bağlıdır.
Məlumata görə, söhbət Araqatsotn vilayətində yerləşən “Van Lake Paradise” restoran kompleksi və ona bitişik 2,56 hektar torpaq sahəsinin satışından gedir.
Dövlətə məxsus bina və qurğuların satılmasına hökumətin 18 mart 2004-cü il tarixli qərarı ilə icazə verilib. Həmin vaxt Ermənistanın müdafiə naziri Serj Sarqsyan olub. Əmlakın fiziki şəxsə 500 min dollara satılmasına razılıq verilib. Prokurorluq isə müəyyən edib ki, həmin əmlak hələ 1997-ci ildə də 500 min dollar məbləğində qiymətləndirilib.
Bundan sonra restoran kompleksi genişləndirilib, yeni tikililər inşa olunub və abadlaşdırılıb. Lakin 2005-ci il aprelin 26-da bağlanan ipoteka müqaviləsində obyektin ləğvetmə dəyəri artıq 700 min dollar göstərilib.
Prokurorluq 2,56 hektar torpaq sahəsi ilə bağlı da pozuntular aşkarlayıb. Bildirilib ki, torpaq sahəsinin icarə hüququ heç bir hüquqi və müqavilə əsası olmadan fiziki şəxsdə saxlanılıb. Daha sonra bu hal həmin şəxsin torpaq üzərində mülkiyyət hüququnu əvəzsiz əldə etməsinə əsas yaradıb.
Torpağın kadastr dəyəri 115 milyon 814 min 400 dram, yəni təxminən 317 min dollar təşkil edib.
Bununla bağlı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə bildiriş göndərilib. Hərbi prokurorluq isə dövlətin maraqlarının müdafiəsi məqsədilə məhkəməyə iddia qaldırıb. İddia icraata qəbul edilib.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Antikorrupsiya Məhkəməsi Serj Sarqsyan barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbirini ləğv edib.
Xəbəri paylaş Dostlarınıza göndərin