Avrokuboklarda Azərbaycanı təmsil edən "Sabah" və "Neftçi" klublarının gələn həftə keçirəcəyi cavab oyunlarını yayımlayacaq telekanal müəyyənləşib.
LEQAL XƏBƏR xəbər verir ki, qarşılaşmalar İctimai TV-nin canlı efirində nümayiş olunacaq.
Bununla yanaşı, telekanal Türkiyənin "Fənərbağça" klubunun UEFA Çempionlar Liqasındakı növbəti matçını da tamaşaçılara təqdim edəcək.
Yayım cədvəli:
28 iyul, saat 19:00
UEFA Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu
"KuPS" (Finlandiya) – "Sabah" (Azərbaycan)
29 iyul, saat 22:00
UEFA Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu
"Qurnik Zabje" (Polşa) – "Fənərbağça" (Türkiyə)
30 iyul, saat 21:00
UEFA Konfrans Liqası, II təsnifat mərhələsinin cavab oyunu
"Dinamo Minsk" (Belarus) – "Neftçi" (Azərbaycan)![]()