LEQAL XƏBƏR məlumat verir ki, avqustun 5-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Məlumata görə, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 22-25°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz isə 40-50% təşkil edəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 34-39°, dağlarda gecə 15-20°, gündüz isə 25-30° isti olacaq.![]()