Azərbaycanda iyulun 2-nə gözlənilən hava proqnozu açıqlanıb.
LEQAL XƏBƏR verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Paytaxtda havanın temperaturu gecə 19-21°, gündüz isə 27-32° isti olacaq.
Rayonlarda da əsasən yağmursuz hava müşahidə ediləcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq.