İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı

Naxçıvanın keçmiş “xan”ı Vasif Talıbovun oğlu Rza və Seymurun Dubaydakı çoxsaylı mülkləri hamıya bəllidir. Amma “Dubay Hills”dəki villa istisna olmaqla. Leqal Xəbər Bakupost-a istinadla xəbər verir ki, bunu jurnalist Cavanşir Həsənli sosial media hesabında yazıb. Onun sözlərinə görə, Rza Talıbovun

22 baxış 3 dəq

Naxçıvanın keçmiş “xan”ı Vasif Talıbovun oğlu Rza və Seymurun Dubaydakı çoxsaylı mülkləri hamıya bəllidir. Amma “Dubay Hills”dəki villa istisna olmaqla.

Leqal Xəbər Bakupost-a istinadla xəbər verir ki, bunu jurnalist Cavanşir Həsənli sosial media hesabında yazıb.

Onun sözlərinə görə, Rza Talıbovun adı həm də Dubayın lüks yaşayış kompleksi “Emerald Hills”in (Dubay Hills Estate) rəsmi sakin və sahibi kimi reyestr məlumatlarında çəkilir:

“Dubaydan dərc olunmuş mülkiyyətçi siyahılarına görə, Rza Talıbov eksklüziv “Emerald Hills” qolf meydançası ərazisində ümumi sahəsi 3.386 kv.m olan iki torpaq sahəsini alıb və birləşdirib, burada dəbdəbəli villa tikdirib. Söhbət “Emerald Hills-P-156” (1.715,53 kv.m) və “Emerald Hills-P-157” (1.670,11 kv.m) kimi müəyyən edilmiş torpaq sahələrindən gedir. Reyestr siyahılarında Rza Talıbovun əlaqə nömrəsi də qeyd olunur.

“Emerald Hills” ərazisindən açılan mənzərə əsasən yamyaşıl 18 dəlikli qolf meydançasına (Dubay Hills Golf Club), lüks villalara və uzaq üfüqdə ucalan Bürc Xəlifə ilə “Downtown Dubay” göydələnlərinə baxır.

Dubayın əmlak bazarı araşdırmasına görə 3.400 m² ölçüsündə olan bir sahənin bazar dəyəri “Emerald Hills” və qonşu ultra-lüks zonaların cari qiymətləri ilə hesablandıqda, boş torpaq üçün təxminən 99 – 123 milyon dirhəm (təxminən 27-33,5 milyon dollar), üzərində hazır ultra-lüks malikanə tikildikdə isə 180–270 milyon dirhəm və ya təxminən 49–73,5 milyon dollar civarında olar”.

Jurnalist bildirib ki, Vikipediya məlumatına görə, Rza Talıbov hələ də Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri Baş idarəsinin rəisi vəzifəsində çalışır.

Xəbəri paylaş Dostlarınıza göndərin