LEQAL XƏBƏR məlumat verir ki, Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.
Yeni qərara əsasən, Londona qarşı həyata keçirilən kiberhücumlarda iştirak etdikləri iddia olunan Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) əməkdaşları və "Rıbar" hərbi-analitik mərkəzi sanksiyalar siyahısına daxil edilib.
Məlumata görə, qərar Böyük Britaniya hökumətinin rəsmi internet portalında dərc olunan yenilənmiş sanksiyalar siyahısında əks olunub.
Bildirilib ki, London hökuməti Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar paketini ümumilikdə 10 yeni bənd üzrə genişləndirib.
Bununla yanaşı, kibertəhlükəsizliklə bağlı sanksiyalar reyestrinə daha 14 nəfərin adı əlavə olunub.![]()