LEQAL XƏBƏR verir ki, Rusiyanın İsveçdəki səfirliyi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Məlumata görə, hadisə gecə saat 02:00 radələrində baş verib.
Bildirilib ki, kvadrokopterlərdən biri diplomatik nümayəndəliyin həyətinə içərisində qırmızı boya olan qab atıb.
Digər pilotsuz uçuş aparatı isə üzərinə əldəqayırma partlayıcı maddənin maketi bərkidilmiş vəziyyətdə səfirliyin binasının yaxınlığında, diplomatik missiyanın ərazisinə çırpılıb.