LEQAL XƏBƏR məlumat verir ki, Ermənistan Hindistandan yeni silah sistemləri almağı planlaşdırır.
Ermənistan mətbuatının yaydığı məlumata görə, rəsmi İrəvan Hindistan istehsalı olan yeni silahlar, o cümlədən “Akash-NG” hava hücumundan müdafiə sistemləri və “Pralay” raketləri əldə etməyi nəzərdən keçirir. Bununla yanaşı, Ermənistanın arsenalında olan Su-30SM qırıcılarının modernləşdirilməsi də planlaşdırılır.
Bildirilir ki, “Akash-NG” sistemi uzaq mənzilli hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün nəzərdə tutulub. “Pralay” raketləri isə yüksək dəqiqlikli zərbə imkanları ilə seçilir. Hindistan tərəfinin Ermənistanın “Su-30SM” qırıcılarını “Uttam” AESA radarları və “Astra” raketləri ilə təkmilləşdirməyi planlaşdırdığı qeyd olunur.
Məlumatda vurğulanır ki, bu addımlar İrəvanın Rusiya silahlarından asılılığını azaltmaq və hərbi potensialını artırmaq məqsədi daşıyır. Ekspertlər hesab edir ki, Hindistan ilə Ermənistan arasında genişlənən müdafiə əməkdaşlığı Cənubi Qafqazda, xüsusilə də İkinci Qarabağ müharibəsi sonrası formalaşan hərbi-siyasi balans fonunda diqqətlə izlənilir.![]()
RUSİYANI HİNDİSTAN ƏVƏZ EDƏCƏK
LEQAL XƏBƏR məlumat verir ki, Ermənistan Hindistandan yeni silah sistemləri almağı planlaşdırır. Ermənistan mətbuatının yaydığı məlumata görə, rəsmi İrəvan Hindistan istehsalı olan yeni silahlar, o cümlədən “Akash-NG” hava hücumundan müdafiə sistemləri və “Pralay” raketləri əldə etməyi nəzərdən
21 baxış
3 dəq