Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Ukrayna nümayəndələrinin gələn həftə Əbu-Dabidə üçtərəfli müzakirələr aparması nəzərdə tutulur.
Leqal Xəbər Oxu.az-a istiand edərək bildirir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov TASS agentliyinin sorğusuna cavab olaraq bildirib.
"Bəli, mən həmin tarixi təsdiqləyə bilərəm. Rusiya nümayəndə heyətinin noyabrın 10-11-də Əbu-Dabiyə səfər edəcəyi və orada baş tutacaq üçtərəfli danışıqlara qatılacağı həqiqətdir", - deyə Kremlin sözçüsü vurğulayıb.