İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

RUBİO ABŞ-NİN İRANA QARŞI YENİ STRATEGİYASINI AÇIQLAYIB

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ-nin dövlət katibi Marko Rubio ölkəsinin hazırkı mərhələdə İrana qarşı yeni hərbi zərbələr endirməyi planlaşdırmadığını bildirib. Məlumata görə, bu barədə “Axios” portalı özəl mənbələrə istinadən məlumat yayıb. ABŞ administrasiyasının hərbi hücumlar əvəzinə əsas

8 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ-nin dövlət katibi Marko Rubio ölkəsinin hazırkı mərhələdə İrana qarşı yeni hərbi zərbələr endirməyi planlaşdırmadığını bildirib.

Məlumata görə, bu barədə “Axios” portalı özəl mənbələrə istinadən məlumat yayıb.

ABŞ administrasiyasının hərbi hücumlar əvəzinə əsas diqqəti İrana qarşı sanksiyaların sərtləşdirilməsinə və digər təzyiq vasitələrinə yönəltmək niyyətində olduğu bildirilir.

Rubionun ABŞ-nin irimiqyaslı hərbi əməliyyatları bərpa etmək fikrində olmadığını açıq şəkildə ifadə etdiyi, lakin İrandan yeni hücum olacağı təqdirdə cavab zərbələrinin istisna edilmədiyini bildirdiyi qeyd olunur.

Digər mənbənin sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazını minalardan təmizləməsi münaqişədə mühüm dönüş nöqtəsi hesab olunur. Bu addımın İranın əsas təsir vasitələrindən birini əhəmiyyətli dərəcədə zəiflətdiyi bildirilir.

Hazırda Vaşinqtonun dəniz blokadası və yeni sanksiyalar vasitəsilə Tehrana təzyiqləri artıraraq birbaşa hərbi toqquşmadan yayınmağa çalışdığı qeyd edilir.

ABŞ rəsmilərindən birinin sözlərinə görə, bu siyasətin ən azı 2026-cı ilin noyabrında keçiriləcək aralıq seçkilərə qədər davam etdirilməsi planlaşdırılır. Bundan sonra isə yeni hərbi kampaniyanın mümkünlüyünün yenidən nəzərdən keçirilə biləcəyi bildirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin