LEQAL XƏBƏR məlumat verir ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryanın saxlanılmasından sonra onun gəlini, tanınmış müğənni Siruşoya məxsus “Pregomesh” zərgərlik brendinin ofis və mağazalarında axtarış tədbirləri həyata keçirilir.
Məlumata görə, axtarışlarla bağlı məlumatı Ermənistanın yerli kütləvi informasiya vasitələri yayıb.
Hazırda vəkil Aleksandr Koçubayev müğənni Siruşonun ofisinə yollanıb. Onun həmkarı Erik Aleksanyan isə Robert Koçaryanın kiçik oğlu Levon Koçaryanın mənzilindədir.
Bildirilib ki, Levon Koçaryanın mənzilində yoxlama tədbirləri hələ də davam edir.
Hadisə ilə bağlı əlavə təfərrüatların açıqlanacağı gözlənilir.