Leqal xəbər məlumat verirki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə baş verən helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib. O, sosial şəbəkə hesabında paylaşdığı mesajda faciəni böyük kədərlə qarşıladığını bildirib. Ərdoğan qeyd edib ki, qəza zamanı Türkiyə Silahlı Qüvvələrinin mənsubu, ASELSAN əməkdaşları və Qətər Silahlı Qüvvələrinin üzvləri həyatını itirib. Türkiyə lideri həlak olanlara Allahdan rəhmət, ailələrinə isə səbir diləyib. Məlumata görə, hadisə martın 21-i axşam saatlarında Qətər və Türkiyə silahlı qüvvələrinin birgə fəaliyyəti çərçivəsində təlim tapşırığı yerinə yetirilərkən baş verib. İlkin məlumatda helikopterin texniki nasazlıq səbəbindən dənizə düşdüyü bildirilir. Ərdoğan mesajının sonunda “Ölkəmizin, millətimizin və Qətər xalqının başı sağ olsun” ifadəsini işlədib.
Ərdoğandan helikopter qəzasına başsağlığı
Leqal xəbər məlumat verirki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə baş verən helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib. O, sosial şəbəkə hesabında paylaşdığı mesajda faciəni böyük kədərlə qarşıladığını bildirib. Ərdoğan qeyd edib ki, qəza zamanı Türkiyə Silahlı
12 baxış
3 dəq
